“Çelsi” “Kardiff Siti”ni məğlub edərək İngiltərə Liqa Kubokunun yarımfinalına vəsiqə qazanıb - VİDEO

Xəbərlər
17 Dekabr 2025 02:21
37
“Çelsi” “Kardiff Siti”ni məğlub edərək İngiltərə Liqa Kubokunun yarımfinalına vəsiqə qazanıb - VİDEO

İngiltərə Liqa Kubokunun dörddəbir final mərhələsində “Çelsi” və “Kardiff Siti” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matçda londonlular 3:1 hesabı ilə qalib gəliblər. Oyun “Kardiff Siti” stadionunda (Kardiff) baş tutub.

57-ci dəqiqədə hesabı Alexandro Qarnaço londonlularu irəli çıxarıb. 75-ci dəqiqədə Devid Ternbull cavab qolunu vurub. Qonaqların ikinci qoluna 82-ci dəqiqədə Pedro Neto imza atıb. 90+3-cü dəqiqədə Qarnaço ikinci qolunu vurub.

Turnirin hazırkı qalibi finalda “Liverpul”u 2:1 hesabı ilə məğlub edən “Nyukasl Yunayted”dir.

İdman.Biz