“Milan”ın mərkəz hücumçusu Santyaqo Ximenes topuq zədəsi səbəbindən əməliyyat oluna bilər.
İdman.Biz insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, meksikalı hücumçu oktyabrın sonlarında aldığı zədəsini sağaldır, lakin konservativ terapiya hələ gözlənilən nəticəni verməyib. Buna görə də həkimlər cərrahi müdaxiləni nəzərdən keçirirlər.
Ximenes əvvəllər qeyd etmişdi ki, uzun müddət davam edən tibbi problemlər üzündən həm fiziki, həm də emosional yorğunluq yaşayır və bu da onun oynamasına və komandaya töhfə verməsinə mane olur.
Hücumçu “Milan”a 2025-ci ilin qışında “Feyenoord”dan qoşulub. Ximenes “rossoneri”nin heyətində bütün yarışlarda 37 oyun keçirib, yeddi qol vurub və beş məhsuldar ötürmə edib.
