Türkiyə Superliqası: “Qalatasaray”dan səfərdə darmadağın - VİDEO

Xəbərlər
14 Dekabr 2025 00:46
48
Türkiyə Superliqası: “Qalatasaray”dan səfərdə darmadağın - VİDEO

Türkiyə Superliqasında XVI turun oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, səfərdə “Antalyaspor” ilə qarşılaşan “Qalatasaray” 4:1 hesablı qələbə qazanıb.
Qolları “Antalyaspor”dan Sander Van de Streek (69), “Qalatasaray”dan Leroy Sane (7), Rolan Şallai (11), Viktor Osimhen (56) və Mauro İkardi (90+3) vurublar.

“Qalatasaray” 39 xalla liderliyini davam etdirir. “Antalyaspor” isə 15 xalla 15-ci sırada yer alıb.

Turun digər oyununda “Rizespor” “Eyüpspor”a böyük hesabla qalib gəlib – 3:0.

“Kayserispor” isə “Alanyaspor”u qəbul edib. Qarşılaşmada qol vurulmayıb – 0:0.

İdman.Biz