Salah Slotla münaqişədən sonra ilk dəfə meydana çıxıb

Xəbərlər
13 Dekabr 2025 19:58
48
Salah Slotla münaqişədən sonra ilk dəfə meydana çıxıb

İngiltərə Premyer Liqasının 16-cı turunda “Liverpul” və “Brayton” arasında oyun keçirilir.

İdman.Biz bildirir ki, 26-cı dəqiqədə “qırmızılar” əvəzetmə edib: hücumçu Məhəmməd Salah baş məşqçi Arne Slotla münaqişədən sonra ilk dəfə meydana çıxıb.

O, narahatlığı səbəbindən oynaya bilməyən Cozef Qomezin yerinə meydana daxil olub.

Oyun Liverpuldakı “Enfild” stadionunda keçirilir.

İdman.Biz