Skoulz Amorim haqqında: “Bu baş məşqçi klubu başa düşmür”

Xəbərlər
12 Dekabr 2025 22:53
72
Skoulz Amorim haqqında: “Bu baş məşqçi klubu başa düşmür”

“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş futbolçusu Pol Skoulz baş məşqçi Ruben Amorimi və klub rəhbərliyini tənqid edib.

İdman.Biz-in xəbərinə görə, Skoulz hesab edir ki, “Mançester Yunayted”in rəhbərliyinin kluba oyunçu almaq və baş məşqçi gətirməkdən başı çıxmır.

“Düşünmürəm ki, bu baş məşqçi klubu başa düşür, nöqtə. Sadəcə, onun doğru insan olduğunu düşünmürəm. “Mançester Yunayted” risk və tamaşa ilə məşğuldur. Azarkeşləri oturduqları kresloda saxlamaq və oynamağa hazır olmaq. Rəqibləri məğlub edən cinah oyunçuları, qapıya zərbələr, ustalıq – bunların heç biri burada yoxdur. Bu, “Mançester Yunayted” deyil. Rəhbərlik “Mançester Yunayted” üçün oyunçu almağın, “Mançester Yunayted” üçün baş məşqçi gətirməyin necə olduğunu bilmir”, - Goal.com Skoulzdan sitat gətirib.

İngiltərə Premyer Liqasında oynanılan 15 oyundan sonra “Mançester Yunayted”in 25 xalı var və turnir cədvəlində altıncı yerdədir. “Arsenal” 33 xalla turnirə liderlik edir.

İdman.Biz