Ərəblər Ronaldonu ən dəyərlilərin siyahısına salmayıb

Xəbərlər
16 Dekabr 2023 14:23
267
Ərəblər Ronaldonu ən dəyərlilərin siyahısına salmayıb

Səudiyyə Ərəbistanı Premyer Liqasının ən dəhərli futbolçularından ibarət simvolik komandası hazırlanıb.

İdman.biz xəbər verir ki, “Əl-Nasr”ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo “11-liy”ə daxil edilməyib.

Hücumda dəyəri 45 milyon avro qiymətləndirilən “Əl-Hilal”ın futbolçusu Neymar və onun komanda yoldaşı Aleksandar Mitroviçin (28 milyon) yer alıb. Yarımmüdafiənin önündə isə Otavio (“Əl-Nasr”, 30 milyon), Sergey Milinkoviç-Saviç (“Əl-Hilal”, 35 milyon) və Malkoma (“Əl-Hilal”, 30 milyon) şans verirlib.

Qeyd edək ki, transfer qiyməti 15 milyon avroya düşən portuqaliyalı bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 15 oyun keçirib. Forvard 16 qol vurub, 8 məhsuldar ötürmə edib.

İdman.biz