Tatyana Henni “RB Leypsiq”in baş direktoru təyin edilib.
İdman.Biz bildirir ki, o, Bundesliqa klubuna rəhbərlik edən ilk qadındır. 59 yaşlı Henni rəsmi olaraq bu vəzifəni 1 yanvardan icra edəcək.
O, “Red Bull”da qlobal idman rəhbəri olan Oliver Mintslaffın yerinə keçəcək.
Klubun mətbuat xidməti Mintslaffın sözlərini sitat gətirib: “Henni kimi güclü bir lideri baş direktor təyin etdiyimiz üçün son dərəcə məmnunuq. Danışıqlar zamanı o, təcrübəsi, bilikləri, liderlik keyfiyyətləri və strateji düşüncəsi ilə bizi heyran etdi”.
Henni keçmiş futbolçudur. O, İsveçrə milli komandasında 24 oyun keçirib. 2023-cü ildə Henni ABŞ-da Milli Qadın Futbol Liqasında (NWSL) çalışıb.
