Arne Slot Salah barədə: “Vəziyyət idealdan çox uzaqdır”

Xəbərlər
9 Dekabr 2025 21:10
44
Arne Slot Salah barədə: “Vəziyyət idealdan çox uzaqdır”

“Liverpul”un baş məşqçisi Arne Slot hücumçu Məhəmməd Salahın UEFA Çempionlar Liqasının 6-cı turunun “İnter”lə oyunu üçün komandanın heyətindən çıxarılmasını bir daha təsdiqləyib.

İdman.Biz bildirir ki, komandalar bu gün Milandakı “San Siro”da (Cüzeppe Meazza) oynayacaqlar.

“Salahla vəziyyət idealdan çox uzaqdır. Bu, heç kim üçün yaxşı deyil. Klub üçün də, komanda üçün də, onun üçün də yaxşı deyil. Biz də onu seçməməklə reaksiya verdik. Çünki onun şərhlərini qınadıq”, - Slot bildirib.

Məhəmməd Salah daha əvvəl komandadakı rolunu tənqid etmişdi. Hücumçu 2025/26 mövsümündə məhdud oyun müddətindən narazıdır.

İdman.Biz