“Qalatasaray”da şok: Anxelinyo göndərilib

Xəbərlər
15 Dekabr 2023 22:53
208
“Qalatasaray”da şok: Anxelinyo göndərilib

“Qalatasaray” Anxelinyo ilə müqaviləyə xitam verib.

İdman.biz xəbər verir ki, buna ispaniyalı futbolçunun zəif çıxışı səbəb olub.

Yayda “Leyptsiq”dəm icarəyə götürülən Anxelinyo müqaviləsində 6 milyon avro qarşılığında transfer maddəsi olub. 26 yaşlı müdafiəçi “Qalatasaray”ın heyətində 20 oyunda meydana çıxacağı təqdirdə bu bənd aktivləşəcəkdi. Çempionlar Liqasında uğursuz çıxış edən klubun rəhbərliyi futbolçunun çıxışından razı qalmadığı üçün müqaviləyə xitam verilib.

Qeyd edək ki, Anxelinyo “Qalatasaray”ın heyətində 19 oyunda 1 qol və 1 ötürmə ilə yadda qalıb.

İdman.biz