Levandovski və Reşfordun “Barselona”dakı gələcəyi ilə bağlı detallar açıqlanıb

Xəbərlər
2 Dekabr 2025 21:52
21
Levandovski və Reşfordun “Barselona”dakı gələcəyi ilə bağlı detallar açıqlanıb

“Barselona”nın 37 yaşlı hücumçu Robert Levandovskinin bu yay başa çatacaq müqaviləsini yeniləməmək ehtimalı yüksəkdir.

Bu barədə İdman.Biz “The Athletic”ə istinadla məlumat verir.

Mənbənin məlumatına görə, cinah yarımmüdafiəçisi Markus Reşford da cari mövsümün sonunda, “Mançester Yunayted”lə olan icarə müddəti başa çatdıqda “blaugrana”dan ayrılacaq.

Kataloniya klubunun yay transfer pəncərəsi zamanı mərkəz müdafiəçisi mövqeyini gücləndirməyi düşünəcəyi vurğulanır.

Levandovski 2022-ci ilin yayından “Barselona”da oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 162 oyunda meydana çıxıb, 109 qol vurub və 21 məhsuldar ötürmə edib. Reşford 18 matçda altı qol vurub və doqquz məhsuldar ötürmə edib.

İdman.Biz