“Real Madrid”in baş məşqçisi Xabi Alonso “Kral Klubu”ndakı fəaliyyətinə dair şübhələrə reaksiya verib.
İdman.Biz-in məlumatına görə, baş məşqçi tənqid və təzyiq altında yaşadığını dilə gətirib.
“Biz La Liqada və Çempionlar Liqasında olduğumuz yerdəyik. Təzyiq və tənqid altında yaşayırıq. Bu, “Real Madrid”dir.
Aprel və may aylarında bütün kuboklara iddialı olmaq üçün inkişafa və qələbəyə diqqət yetirməliyik”, - Sport.es Alonsonun sözlərini sitat gətirib.
İspaniyalı məşqçi ötən yay “Real Madrid”də işə başlayıb. La Liqanın 14 turundan sonra klub 33 xala malikdir və hazırda ikinci yerdədir. Çempionlar Liqasının beş oyununda Madrid komandası 12 xal qazanıb və hazırda beşinci yerdədir.
