La Liqanın 14-cü turunda “Rayo Valyekano” və “Valensiya” heç-heçə ediblər - VİDEO

Xəbərlər
2 Dekabr 2025 02:05
15
La Liqanın 14-cü turunda “Rayo Valyekano” və “Valensiya” heç-heçə ediblər - VİDEO

İspaniya La Liqasının 14-cü turunun “Rayo Valyekano” və “Valensiya” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyunda hesab 1:1 olub.

Nobel Mendi 37-ci dəqiqədə “Rayo Valyekano”nu irəli çıxarıb, Dieqo Lopes isə 64-cü dəqiqədə hesabı bərabərləşdirib.

Bu oyundan sonra “Rayo Valyekano” 17 xalla doqquzuncu yerdədir. “Valensiya” 14 xalla 15-ci yerdədir.

İdman.Biz