DÇ-2026-da mübarizə aparacaq Türkiyə futbol yığmasının qrup mərhələsindəki oyunlarından birinin başlama saatında dəyişiklik edilib.
İdman.Biz xəbər verir ki, “ay-ulduzlular”ın Paraqvay seçməsinə qarşı keçirəcəyi görüşün vaxtı rəsmən yenilənib.
İyunun 20-də baş tutacaq Paraqvay - Türkiyə qarşılaşması əvvəlcədən elan olunduğu kimi Bakı vaxtı ilə saat 08:00-də deyil, bir saat tez - 06:00-da start götürəcək. Bu dəyişiklik mundialın ümumi proqramındakı yeniləmələrlə əlaqədardır.
Qeyd edək ki, Türkiyə millisi dünya çempionatındakı yürüşünə iyunun 14-də Avstraliya ilə matçla başlayacaq. Görüş Bakı vaxtı ilə saat 08:00-da keçiriləcək. Paraqvay sınağından sonra isə qardaş ölkə təmsilçisi iyunun 26-da qrupun son oyununda turnirin ev sahibi ABŞ ilə üz-üzə gələcək. Bu oyun da 06:00-da başlayacaq.
