“Borussiya Dortmund” səfərdə “Bayer”dən üstün olub - VİDEO

Xəbərlər
29 Noyabr 2025 23:44
159
“Borussiya Dortmund” səfərdə “Bayer”dən üstün olub - VİDEO

Almaniya Bundesliqasının 12-ci turunun “Bayer Leverkuzen” və “Borussiya Dortmund” arasında keçirilən oyun başa çatdı.

İdman.Biz bildirir ki, matç Leverkuzendəki “BayArena”da baş tutub.

Dortmund klubu 2:1 hesablı qələbə qazanıb.

41-ci dəqiqədə Aaron Anselmino hesabı açaraq “Dortmund”a üstünlük qazandırıb. 65-ci dəqiqədə Kərim Adeyemi fərqi ikiqat artırıb. Kristian Kofane 83-cü dəqiqədə bir cavab qolu vurub.

Bu oyundan sonra “Bayer Leverkuzen” Bundesliqada 23 xalla dördüncü, “Borussiya Dortmund” isə 25 xalla üçüncü yerdədir.

İdman.Biz