İngiltərənin “Bornmut” futbol klubunun yarımmüdafiəçisi Aleks Skott Premyer Liqanın aparıcı klublarının maraq dairəsinə düşüb.
İdman.Biz “TeamTalk” nəşrinə istinadla xəbər verir ki, həm “Mançester Yunayted”, həm də “Mançester Siti” 22 yaşlı futbolçunu yaxından izləyir və onun inkişafını diqqətdə saxlayır.
Bildirilir ki, Skottun mövcud müqaviləsinin bitməsinə cəmi iki ildən bir qədər çox vaxt qalıb və bu səbəbdən o, yayda münasib qiymətə əldə edilə bilər.
“Aston Villa” və “Tottenhem” də futbolçunun durumunu izləyən klublar sırasındadır. Lakin London klubunun Konor Qallaheri transfer etməsi planlara təsir göstərə bilər.
“Bornmut” rəhbərliyi isə digər klubların marağından xəbərdardır və futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır.
