“Kayrat” Çempionlar Liqasının əsas mərhələsinin ilk beş oyununda qələbə qazana bilməyib.
İdman.Biz bildirir ki, bu gün Rafael Urazbaxtinin komandası turnirin beşinci turunda “Kopenhagen”ə 3:2 hesabı ilə məğlub olub. Qazaxıstan klubu Çempionlar Liqasında cəmi bir xal qazanıb və əvvəlki turda “Pafos”la 0:0 heç-heçə edib.
“Kayrat” turnir cədvəlində sonuncudan sondan ikinci, 35-ci yerdədir. Bu, klubun turnirin əsas mərhələsində ilk iştirakıdır.
