“Qarabağ”ın və Monteneqro millisinin yarımmüdafiəçisi Marko Yankoviç Sloveniya ilə yoldaşlıq oyununda 2:3 hesablı məğlubiyyətlə bağlı fikirlərini bildirib.
İdman.Biz-in məlumatına görə, oyunçu hesab edir ki, nəticə oyunun gedişatını və yaradılan qol imkanlarının sayını tam əks etdirmir.
“Ən azı 3:3 hesabı daha ədalətli nəticə olardı. Amma əsas məsələ bu deyil. Məşqçi və azarkeşlər, əlbəttə ki, məğlubiyyətdən narazıdırlar, amma çıxışımızda bir çox müsbət məqamlar var idi. Komandanın vizyonu olduğu aydındır; biz inkişaf edirik, qol imkanları yaradırıq və daha təhlükəli oluruq”, - deyə vijesti.me Yankoviçdən sitat gətirir.
Yarımmüdafiəçi həmçinin komandanın düzgün yolda olduğunu və inkişaf etməyə davam etdiyini vurğulayıb. O, əlavə edib ki, hazırkı oyun səviyyəsi qorunub saxlanılarsa, nəticələr yaxın gələcəkdə mütləq olacaq.
