Türkiyə Superliqası: “Trabzonspor” səfər qələbəsi ilə liderlər qrupunda qaldı

Xəbərlər
25 Noyabr 2025 00:14
45
Türkiyə Superliqası: “Trabzonspor” səfər qələbəsi ilə liderlər qrupunda qaldı

Türkiyə Superliqasında 13-cü turun iki oyunu keçirilib.

İdman.Biz bildirir ki, “Konyaspor” “Antalyaspor”u qəbul edib.

Oyun qolsuz bərabərliklə başa çatıb.

Digər qarşılaşmada “Başakşehir” “Trabzonspor”u qonaq edib.

Oyunda hesabı meydan sahiblərindən Deyvi Zelye 22-ci dəqiqədə açıb. 37-ci dəqiqədə Filipe Avqusta da Silva bərabərlik topunu vurub. 45-ci dəqiqədə Eldor Şomurodov yenidən meydan sahiblərini irəli çıxarıb. 76-cı dəqiqədə Pol Onuaçu yenidən hesabı bərabərləşdirib. Bir dəqiqədən sonra Ernest Muçi oyunda ilk dəfə olaraq “Trabzonspor”u irəli çıxarıb. 90+1-də Bertuq Yıldırıb hesabı bərabərləşdirib. 90+11-də isə Ertest Muçi dubl edərək matçın yekin hesabını müəyyən edib – 3:4.

Bu qələbədən sonra “Trabzonspor” 28 xalla üçüncü yerdədir. “Başakşehir” 13 xalla 13-cüdür. “Konyaspor” 15 xalla 10-cu, “Antalyaspor” isə 14 xalla 12-ci yerdə qərarlaşıb.

İdman.Biz