Afrika Millətlər Kubokunun dörddəbir final mərhələsinin Mali və Seneqal arasında oyunu başa çatıb.
İdman.Biz bildirir ki, Seneqal 1:0 hesablı qələbə qazanıb.
Seneqalın hücumçusu İliman Ndiaye matçın yeganə qolunu 27-ci dəqiqədə vurub.
Yarımfinalda Seneqal Misir - Kot-d'İvuar matçının qalibi ilə qarşılaşacaq.
2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda altı qrupa bölünmüş 24 milli komanda iştirak edib. Turnir 18 yanvara qədər davam edəcək. Afrika Millətlər Kubokunun hazırkı qalibi Kot-d'İvuardır.
