Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Fernandinyo peşəkar futbol karyerasını bitirmək qərarına gəlib.
İdman.Biz-in Globo Esporte-yə istinadən verdiyi məlumata görə, 40 yaşlı futbolçu bunu xeyriyyə matçında iştirak etdikdən sonra açıqlayıb.
“Yorulmuşam. Bu gün cəmi 30 dəqiqə qaçdıqdan sonra yoruldum. Futbolda məni motivasiya edə biləcək başqa bir şey yoxdur, çünki artıq çox şeyə nail olmuşam. Əlimdən gələni etmişəm. İndi ailəmlə vaxt keçirməkdən zövq almalıyam”, - deyə Fernandinyo bildirib.
Klub səviyyəsində yarımmüdafiəçi “Atletiko Paranaense”, “Şaxtyor Donetsk” və “Mançester Siti”də oynayıb və onlarla birlikdə beş Premyer Liqa titulunu qazanıb. O, “Siti” klubunda 383 oyunda 26 qol vurub və 32 məhsuldar ötürmə edib.
Fernandinyo 2019-cu ildə Braziliya millisinin tərkibində Amerika Kubokunu qazanıb.
