Almaniya qrupdakı əsas rəqibinə böyük hesabla qalib gələrək DÇ-2026-ya vəsiqəni təmin edib - VİDEO

Xəbərlər
18 Noyabr 2025 01:57
29
Almaniya qrupdakı əsas rəqibinə böyük hesabla qalib gələrək DÇ-2026-ya vəsiqəni təmin edib - VİDEO

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində A qrupunda Almaniya Slovakiyanı qəbul edib.

İdman.Biz bildirir ki, Bundestim bu oyunu 6:0 hesabı ilə qazanıb.

18-ci dəqiqədə hesabı Nik Voltemade açıb, 29-cu dəqiqədə Serj Qnabri komandanın üstünlüyünü ikiqat artırıb. 36-cı dəqiqədə Leroy Sane Bundestimin üçüncü qolunu vurub. 41-ci dəqiqədə Qnabri daha bir qol vurub. 67-ci dəqiqədə Ridl Baku fərqlənib. 79-cu dəqiqədə Assan Uedraoqo oyunun sonuncu qoluna imza atıb.

Almaniya 15 xalla A qrupunda birinci yeri tutub və birbaşa dünya çempionatına vəsiqə qazanıb. Slovakiya 12 xalla ikinci yeri tutub və DÇ-2026-nın pley-off mərhələsində oynayacaq.

A qrupunun digər oyununda Şimali İrlandiya Lüksemburqu qonaq edib.

Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 44-cü dəqiqədə Ceymi Donli penaltidən vurub.

Şimali İrlandiya 9 xal toplayaraq qrupu üçünçü yerdə başa vurub. Sonuncu pillədə qərarlaşan Lüksemburq xal toplaya bilməyib.

İdman.Biz