Müdafiəçi Vilyam Paço PSJ ilə müqaviləsini uzadıb

Xəbərlər
16 Noyabr 2025 05:11
25
Müdafiəçi Vilyam Paço PSJ ilə müqaviləsini uzadıb

Ekvadorlu müdafiəçi Vilyam Paço “Pari Sen-Jermen” ilə yeni müqavilə imzalayıb.

İdman.Biz bu barədə “RMC Sport”a istinadən məlumat verir.

Məlumata görə, oyunçunun parislilərlə yeni müqaviləsi 2030-cu ilin yayına qədərdir. Qeyd olunur ki, Paçonun maaşı xeyli yüksək olacaq.

Paço PSJ-yə 2024-cü ilin avqustunda “Ayntraxt Frankfurt”dan 45 milyon avroya keçib. Müdafiəçinin tərcümeyi-halında həmçinin “İndependiente del Valle” və “Antverpen” klublarında oynadığı dövrlər də yer alıb. Bu mövsüm Paço klubun heyətində 13 oyunda meydana çıxıb və bir qol vurub. Transfermarkt-ın məlumatına görə, onun hazırkı bazar dəyəri 65 milyon avrodur.

İdman.Biz