DÇ-2026-nın seçmə mərhələsində E qrupunda çıxış edən Türkiyə və Bolqarıstan arasında oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma “Bursa Büyükşehir Belediye” stadionunda keçirilib.
Türkiyə yığması 2:0 hesablı qələbə qazanıb.
18-ci dəqiqədə Hakan Çalhanoğlu hesabı açıb. 83-cü dəqiqədə bolqarıstanlı Atanas Çernev avtoqola imza atıb.
Bu oyundan sonra Türkiyə yığması 12 xal toplayıb. Bolqarıstan millisinin xalı yoxdur.
H qrupunda isə Kipr və Avstriya milliləri üz-üzə gəliblər. Qarşılaşma 2:0 hesabı ilə Avstriyanın qələbəsi ilə başa çatıb.
Avstriya komandası 7 oyundan sonra 18 xalla birinci yerdədir. Kipr yığmasının 8 xalı var.
