DÇ-2026-nın seçmə mərhələsində E qrupunda çıxış edən Gürcüstan və İspaniya arasında oyun başa çatıb.
İdman.Biz bildirir ki, oyun Tbilisidəki “Boris Payçadze” adına stadionda baş tutub. Hazırkı Avropa çempionları 4:0 hesabı ilə qalib gəliblər.
Hücumçu Mikel Oyarsabal 11-ci dəqiqədə penaltidən hesabı açıb. Yarımmüdafiəçi Martin Subimendi 22-ci dəqiqədə ikinci qolu vurub. Hücumçu Ferran Torres 35-ci dəqiqədə üçüncü qola imza atıb. İkinci hissədə Oyarzabal 63-cü dəqiqədə özünün ikinci qolunu vurub – 4:0.
Beş oyundan sonra Gürcüstan millisi üç xala sahibdir və E qrupunda üçüncüdür. İspaniya beş oyunda 15 xal qazanıb və birinci yerdədir.
J qrupunda isə Lixtenşteyn Uelsi qəbul edib. Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Bu oyundan sonra Uels 13 xalla qrupda üçüncü yerdədir. Sonuncu yerdə qərarlaşan Lixtenşteynin xalı yoxdur.
