Braziliya və Seneqal arasında yoldaşlıq oyunu keçirilib.
İdman.Biz bildirir ki, komandalar Londondakı “Emirates” stadionunda oynayıblar. Cənubi Amerika millisi 2:0 hesabı ilə qələbə qazanıb.
Hesabı 28-ci dəqiqədə braziliyalı cinah oyunçusu Estevao açıb. 35-ci dəqiqədə yarımmüdafiəçi Kazemiro komandasının ikinci qolunu vurub.
Növbəti yoldaşlıq matçında Karlo Ançelottinin yetirmələri başqa bir Afrika komandası olan Tunislə qarşılaşacaqlar. Oyun noyabrın 18-də keçiriləcək.
