DÇ-2026 seçmə mərhələsinin Qazaxıstan və Belçika arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun 1:1 hesabı ilə qurtarıb.
Doqquzuncu dəqiqədə Dastan Satpayev hesabı açaraq Qazaxıstana üstünlük qazandırıb. Hans Vanaken 48-ci dəqiqədə bərabərlik qolunu vurub.
79-cu dəqiqədə İslam Çesnokov qırmızı vərəqə aldıqdan sonra Qazaxıstan on nəfərlə qalıb.
Bu matçdan sonra Belçika yeddi oyundan 15 xalla J qrupunda liderlik edir. Qazaxıstan səkkiz oyundan səkkiz xalla dördüncü yerdədir.
DÇ-2026-da hər biri dörd komandadan ibarət 12 qrupa bölünmüş qırx səkkiz milli komanda iştirak edəcək.
