Kalafyori Norveçlə oyunda İtaliya millisinə kömək edə bilməyəcək

Xəbərlər
15 Noyabr 2025 19:51
27
Kalafyori Norveçlə oyunda İtaliya millisinə kömək edə bilməyəcək

“Arsenal”ın 23 yaşlı müdafiəçisi Rikkardo Kalafyori İtaliya millisinin düşərgəsini tərk edib.

İdman.Biz bildirir ki, jurnalist Canluka Di Martsio bu barədə məlumat verib.

Moldova ilə oyunu buraxan oyunçunun bud zədəsi sağalmayıb və milli komandanın təlim-məşq toplanışını tərk edib.

Kalafyori DÇ-2026-nın seçmə mərhələsinin üç qrup mərhələsi oyununda iştirak etsə də, qol vura bilməyib.

İtaliya millisi 18 xalla I qrupunda ikinci yerdədir. Norveç isə 21 xalla qrupa liderlik edir. Bu komandalar 16 noyabrda seçmə mərhələ çərçivəsində qarşılaşacaqlar.

İdman.Biz