Runi 14 il əvvəl vurduğu əfsanəvi qolu təkrar etdi - VİDEO

Xəbərlər
15 Noyabr 2025 15:15
44
Runi 14 il əvvəl vurduğu əfsanəvi qolu təkrar etdi  - VİDEO

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi Britaniyada yayımlanan televiziya şousunda 2011-ci ildə milyonlarla futbol azarkeşini həyəcanlandıran məşhur qolun hərəkətini yenidən təkrar edib.

İdman.Biz xəbər verir ki, Ueyn Runi Premyer Liqa tarixinin kult epizodlarından birinə çevrilmiş o zərbəni illər sonra təkrar nümayiş etdirib.

Xatırladaq ki, həmin qol “Mançester Siti”nin qapısına vurulmuş və qarşılaşma “Qırmızı şeytanlar”ın 2:1 hesablı qələbəsi ilə bitmişdi.

Beləliklə, Runi həmin möhtəşəm anı illər sonra canlı efirdə yenidən nümayiş etdirərək həm nostalji yaşadıb, həm də yeni nəsilə Premyer Liqa tarixinin ən ikonik qollarından birini xatırladıb.

İdman.Biz