DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Lüksemburq və Almaniya arasında oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar “Stade de Lüksemburq” stadionunda oynayıblar.
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Almaniyanın hücumçusu Nik Voltemade oyunun ilk qolunu 49-cu dəqiqədə vurub. 69-cu dəqiqədə o, ikinci qoluna imza atıb.
A qrupunun digər oyununda Slovakiya Şimali İrlandiyanı qəbul edib. Matç 1:0 hesabı ilə slovakların qələbəsi ilə qurtarıb.
Yeganə qolu 90+1-də Tomaş Bobçek vurub.
Almaniya seçmə mərhələdə A qrupunda dörd oyundan 12 xalla liderlik edir. Slovakiya da 12 xal toplayıb. Şimali İrlandiyanın 6 xalı var. Lüksemburq dördüncü yerdədir və xalı yoxdur.
