“Qalatasaray” 32 yaşlı argentinalı hücumçu Mauro İkardi ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
İdman.Biz bu barədə Sky Sports-a istinadən xəbər verir.
“Qalatasaray” müqaviləsi 2026-cı ilə qədər olan əfsanəvi 32 yaşlı hücumçunu saxlamaqda maraqlıdır. Klub qış transferindən qaçmaqda qərarlıdır.
İkardi “Qalatasaray”a 2023-cü ilin yayında PSJ-dən 19 milyon avroya keçib. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 15 oyunda meydana çıxıb və altı qol vurub. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 8 milyon avrodur.
