Van der Vart: “Ronaldu şokolad olsaydı, özünü yeyərdi” - VİDEO

Xəbərlər
15 Noyabr 2025 03:09
176
Van der Vart: “Ronaldu şokolad olsaydı, özünü yeyərdi” - VİDEO

“Real Madrid”in keçmiş yarımmüdafiəçisi Rafael van der Vart “Əl-Nəsr”ın hücumçusu Kriştianu Ronaldunun Devid Bekhemdən daha cəlbedici olması iddiasına reaksiya verib.

İdman.Biz bildirir ki, Ronaldu əvvəllər özünü mükəmməl hesab etdiyini və dünyanın ən populyar insanı olduğunu da bildirib.

"Ronaldu bunu özünütənqid ruhunda deyib? Xeyr, qətiyyən yox. Əgər o, şokolad olsaydı, özünü yeyərdi”, - “Voetbalprimeur” Van der Vartdan sitat gətirib.

Keçmiş niderlandlı futbolçu 2009-cu ildən 2010-cu ilə qədər Ronaldu ilə birlikdə “Real Madrid”də oynayıb.

Yarımmüdafiəçi 2008-ci ilin yayında Madrid komandasına qoşulub. Bu müddət ərzində Van der Vart bütün yarışlarda 73 oyunda meydana çıxıb, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.

Aviabiletebi

İdman.Biz