Erik Kantona “Mançester Yunayted”in həmsahibi Retkliffi tənqid edib

Xəbərlər
14 Noyabr 2025 23:46
26
Erik Kantona “Mançester Yunayted”in həmsahibi Retkliffi tənqid edib

“Mançester Yunayted”in keçmiş kapitanı Erik Kantona klubun həmsahibi Cim Retkliffi fransız oyunçunu dəstəkləməkdən imtina etdiyinə görə tənqid edib.

İdman.Biz bildirir ki, Kantona komandanı yenidən təşkil etməkdə öz köməyini təklif etmişdi.

“Mənim bir çox başqa ehtiraslarım və layihələrim var, amma düşündüm ki, onları iki-üç il kənara qoyub mənə hər şeyi verən kluba bir şey qaytarmağa çalışa bilərəm. Amma Retkliff maraq göstərmədi. Ser Aleks Ferqyuson yeni sahiblərin üzərində qurmalı olduğu gözəl hücum futbolu üslubu yaratdı. Bunun əvəzinə, onlar onu məhv etdilər”, - “The Sun” qəzeti Kantonanın sözlərini sitat gətirir.

Premyer Liqanın 11 oyunundan sonra “Mançester Yunayted” 18 xalla turnir cədvəlində yeddinci yerdədir.

İdman.Biz