“Mançester Yunayted” yanvar ayında “Bornmut”un hücumçusu Antuan Semenyonun transferi ilə “Liverpool”, “Arsenal” və “Mançester Siti” qabaqlamaq üçün “sürətlə irəliləmək” istəyir.
İdman.Biz bu barədə “Caught Offside”a istinadən xəbər verir.
Məlumata görə, “Bornmut” 25 yaşlı futbolçunu satmaq istəmir. Onun qiymətinin 65-80 milyon funt sterlinq arasında olacağı gözlənilir.
Bu mövsüm Semenyo bütün yarışlarda 12 oyunda iştirak edib, altı qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-a görə, onun bazar dəyəri 55 milyon avrodur.
