Tomas Tuxel: “Serbiya üçün bu finaldır, ona görə qarşımızda güclü komanda görəcəyik”

Xəbərlər
13 Noyabr 2025 21:04
29
Tomas Tuxel: “Serbiya üçün bu finaldır, ona görə qarşımızda güclü komanda görəcəyik”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026 seçmə mərhələsində Serbiya ilə qarşılaşacaqları oyun barədə danışıb.

İdman.Biz xəbər verir ki, oyun bu gün 23:45-də başlayacaq.

“Bu, həmişə bizdən asılıdır və düşünürəm ki, bunu son oyunda etdik və yenidən etməyə çalışacağıq. 5:0 hesablı qələbəni asan oyun kimi qəbul edə bilmərik. Oyunçulara bu nəticəni əldə etmək üçün sərf etdiyimiz zəhməti və səyi xatırlatmalıyıq və bunu yenidən etməliyik. Bu, onlar üçün mahiyyət etibarilə finaldır, ona görə də düşünürəm ki, onların ən yaxşı tərəfiniı, güclü bir komandanı görəcəyik”, - Tuxel deyib.

Serbiya altı oyundan 10 xalla K qrupunda üçüncüdür. İngiltərə artıq dünya çempionatında yerini təmin edib və 18 xalla birinci yerdədir.

İdman.Biz