Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Real Madrid”in nəticələrini şərh edib.
İdman.Biz bildirir ki, Ançelotti “Kral klubu”nda onu hazırda əvəz edən Xabi Alonsonun işini yüksək qiymətləndirib.
“Real Madrid”də heç-heçə böhranın başlanğıcıdır. Madridin indiyə qədərki nəticələri təsirlidir. Ondan (Alonsodan) daha nə istəmək olar?”, AS Ançelottinin sözlərini sitat gətirir.
“Real Madrid” Alonsonun rəhbərliyi altında ilk dəfə ardıcıl iki oyunda qələbə qazana bilməyib: Çempionlar Liqasında “Liverpul”a 1:0 hesabı ilə məğlub olub və La Liqada “Rayo Valyekano” ilə 0:0 hesabı ilə heç-heçə edib. Bu oyunlardan və derbidə “Atletiko Madrid”ə 5:2 hesabı ilə məğlubiyyətdən sonra məşqçi tənqid olunub.
Hazırda “Real” İspaniya çempionatının turnir cədvəlində 31 xalla birinci, “Barselona” isə 28 xalla ikinci yerdədir.
