“Mançester Yunayted” “Nottingem Forest”in 22 yaşlı oyunçusu Elliot Andersonla açıq şəkildə maraqlanır.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Florian Plettenberq özünün sosial media səhifəsində yazıb.
Məlumata görə, “Nottingem” “qırmızı şeytanlar”ın Andersonla maraqlanmasından xəbərdardır, lakin yarımmüdafiəçini 100-120 milyon funt sterlinqə (114-134 milyon avro) satmaqda israrlıdır.
Daha əvvəl “Caught Offside” onlayn portalı “Nottingem Forest”in ingilis futbolçunu 70 milyon funt sterlinqə (79,8 milyon avro) qiymətləndirdiyini bildirmişdi.
Bu mövsüm Anderson bütün yarışlarda 14 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.
