Konqo Demokratik Respublikası Afrika Millətlər Kubokunun pley-off mərhələsinə çıxıb

Xəbərlər
31 Dekabr 2025 01:30
36
Konqo Demokratik Respublikası Afrika Millətlər Kubokunun pley-off mərhələsinə çıxıb

Afrika Millətlər Kubokunda D qrupunda Botsvana və Konqo Demokratik Respublikası arasında keçirilən üçüncü tur matçı başa çatıb. Konqo Demokratik Respublikası 3:0 hesabı ilə qalib gəlib.

İdman.Biz bildirir ki, oyunRabat şəhərindəki “Əl-Mədinə” stadionunda keçirildi.

Natanael Mbuku 31-ci dəqiqədə Konqo Demokratik Respublikasını irıli çıxarıb. Qael Kakuta 41-ci dəqiqədə penaltidən dəqiq zərbə endirib, 60-cı dəqiqədə ikinci qolunu vurub.

Konqo Demokratik Respublikası D qrupunda yeddi xalla ikinci yeri tutub və pley-off mərhələsinə yüksəlib. Botsvana isə xalsız qrupda sonuncu yerdə qərarlaşıb.

İdman.Biz