Braziliya millisinin heyətində ikiqat dünya çempionu Ronaldo Luis Nazariu di Lima hesab edir ki, beşqat “Qızıl Top” mükafatı sahibi Kriştiano Ronaldunun səs-küylü açıqlamaları portuqaliyalı oyunçunun özündən həddindən artıq razı olduğunu göstərir.
İdman.Biz “Footmercato”ya istinadən xəbər verir ki, Ronaldo əvvəllər futbol tarixinin ən yaxşı oyunçusunu dünya çempionatındakı qələbələrə görə müəyyənləşdirməyin ədalətsiz olduğunu bildirmişdi.
“Bəzi insanlar özlərindən çox razıdırlar. Mən barəmdə özümün deyil, başqalarının danışmasını üstün tuturam. O, tarixin ən yaxşı oyunçularından biridir, bəs o, ən yaxşısıdırmı? Mən bununla razı deyiləm. Amma mən onun fikrinə hörmətlə yanaşıram; o, tarixin ən yaxşılarından biridir və hətta deyərdim ki, o, ilk 10-luqdadır”, - deyə Ronaldo bildirib.
Ronaldo beşqat “Qızıl Top” mükafatı sahibi, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi və milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixində bütün zamanların ən çox qol vuran oyunçusudur. Portuqaliyalı peşəkar karyerasında 953 qol vurub.
