Bundesliqa: “Bavariya”, “Borussiya” və “RB Leypsiq” xal itiriblər - VİDEO

Xəbərlər
8 Noyabr 2025 20:51
125
Bundesliqa: “Bavariya”, “Borussiya” və “RB Leypsiq” xal itiriblər - VİDEO

Bundesliqada 10-cu turun “Union Berlin” və “Bavariya” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir i, komandalar Berlindəki “Stadion An der Alten Försterei” stadionunda oynadılar. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Doqquzuncu dəqiqədə VAR “Union”un hücumçusu İlyas Ansanın qolunu hesaba almadı. 27-ci dəqiqədə müdafiəçi Danilo Duki meydan sahiblərini irəli çıxarıb. 38-ci dəqiqədə “Bavariya”nın cinah oyunçusu Luis Dias hesabı bərabərləşdirib. Duki 83-cü dəqiqədə ikinci qolunu vurub. 90+3-cü dəqiqədə Harri Keyn bərabərlik qoluna imza atıb.

Beləliklə, “Bavariya” bu mövsümdə ilk dəfə xal itirib və 28 xalla birinci yerdə qalır. “Union Berlin”in 12 xalı var və 10-cu yerdədir.

Turun digər qarşılaşmasında “Hamburq” “Borussiya Dortmund”u qəbul edib. Matç 1:1 bərabərliklə bitib.

Günün başqa bir oyununda “Bayer” “Haydenhaym”ın qapısından 6 cavabsız top keçirib.

“Borussiya Mönhenqladbax” isə öz meydançasında “Köln”dən üstün olub - 3:1.

Eyni hesab “Hoffenhaym” - “RB Leypsiq” oyununda da alınıb. Qələbəni meydan sahibləri bayram ediblər.

İdman.Biz