Laporta Messinin şərəfinə yeni “Kamp Nou”da matç keçirmək istəyini bildirib

Xəbərlər
7 Noyabr 2025 23:50
30
Laporta Messinin şərəfinə yeni “Kamp Nou”da matç keçirmək istəyini bildirib

“Barselona”nın prezidenti Joan Laporta təmir olunmuş “Kamp Nou”da “blauqrana”nın keçmiş hücumçusu Lionel Messinin şərəfinə oyun keçirməyə hazır olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, noyabrın 7-də “blauqrana” oyunçuları təmir olunmuş arenada açıq məşq keçiriblər.

“Messini alqışlamaq “Kamp Nou”nu açmağın gözəl yolu olardı. Tribunalar dolu olardı. Leonun şərəfinə oyun təşkil etməkdən məmnun olardım”, - Laporta deyib.

Lionel Messi 2003-2021-ci illərdə “Barselona”nın şərəfini qoruyub.

“Barselona”nın ev stadionu 2023-cü ildən bəri təmir olunur. “Marca” qəzeti "Blaugrana"nın açıq məşqində 21.795 azarkeşin iştirak etdiyini bildirib.

İdman.Biz