Hazırda “Mançester Yunayted”i çalışdıran portuqaliyalı məşqçi Ruben Amorim oktyabr ayı üçün Premyer Liqanın ən yaxşı məşqçisi seçilib.
İdman.Biz-in xəbərinə görə, bu barədə Premyer Liqanın mətbuat xidməti sosial mediada məlumat yayıb.
“Mançester Yunayted” oktyabr ayında Premyer Liqada üç oyun keçirib və onlardan üçündə qalib gəlib. “Qırmızı şeytanlar” “Sanderlend”i (2-0), “Liverpul”u (2-1) və “Brayton”u (4-2) məğlub edib. Amorimin bu aydakı rəqibləri arasında Mikel Arteta (“"Arsenal”), Unai Emeri (“Aston Villa”) və Andoni İraola (“Bornmut”) da olub.
“Mançester Yunayted” 10 oyundan 17 xal toplayaraq Premyer Liqanın cədvəlində səkkizinci yerdədir.
