Səudiyyə çempionatı: “Əl-Hilal” səfərdə qalib gəlib

Xəbərlər
8 Noyabr 2025 00:57
31
Səudiyyə çempionatı: “Əl-Hilal” səfərdə qalib gəlib

Səudiyyə Ərəbistanı Pro Liqasının 8-ci turunun “Əl-Nəcmə” və “Əl-Hilal” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, qarşılaşma 4:2 hesabı ilə “Əl-Hilal”ın xeyrinə bitib.

“Əl-Nəcmə”nin hücumçusu Lazaro matçın ilk qolunu altıncı dəqiqədə vurub. “Əl-Hilal”ın yarımmüdafiəçisi Salem Əl-Dovsari 10-cu dəqiqədə hesabı bərabərləşdirib.

60-cı dəqiqədə Ruben Neveşin avtoqolu sayəsində “Əl-Nəcmə” hesabda irəli çıxıb. 71-ci dəqiqədə “Əl-Hilal”ın müdafiəçisi Teo Ernandes hesabı bərabərləşdirib. 78-ci dəqiqədə Ruben Neveş komandasını hesabda irəli çıxarıb. 90-cı dəqiqədə Salem Əl-Dovsari iki qol vuraraq hesabı 2-4 edib.

Bu matçdan sonra “Əl-Nəcmə” liqa turnir cədvəlində xalsız sonuncu, 18-ci yerdədir. “Əl-Hilal” 20 xalla üçüncü yerdədir. Kriştiano Ronaldonun “Əl-Nəsr”i 21 xalla Səudiyyə Ərəbistanı liqasına liderlik edir.

İdman.Biz