Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də başlayacaq.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.
Azərbaycan çempionu hazırda 6 xalla turnir cədvəlində 15-ci yerdə, eyni xala malik olan London təmsilçisi isə 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”nı (3:2), II turda Bakıda Danimarkanın “Kopenhagen” kollektivini (2:0) məğlub edib. “Köhlən atlar” III turda İspaniyada “Atletik”ə (1:3) uduzub.
