FIFA-nın “İlin komandası”na namizədləri kimlərdir?

Xəbərlər
7 Noyabr 2025 00:49
49
FIFA-nın “İlin komandası”na namizədləri kimlərdir?

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) "İlin komandası"na daxil olmaq üçün namizəd hücumçuların siyahısını açıqlayıb.

İdman.Biz xəbər verir ki, FIFA-nın “İlin komandası” nominasiyası üzrə namizədləri arasında PSJ-nin dörd üzvü var.
Bunlar Bredli Barkola, Usman Dembele, Dezire Due və Xviça Kvaratsxeliyadır.

“Barselona” üç oyunçu ilə təmsil olunur - Robert Levandovski, Lamin Yamal və Rafinya.

Kilian Mbappe və Vinisius Junior “Real Madrid”i təmsil edirlər.

“Liverpul”un da siyahıda iki oyunçusu var – Məhəmməd Salah və Aleksander İsak.

Siyahının qalan hissəsi isə belədir:

Salem Əl-Dovsari (“Əl-Hilal”), Seru Girassi (“Borussiya Dortmund”), Viktor Dyökereş (“Arsenal”), Erlinq Haland (“Mançester Siti”), Luis Enrike (“Zenit” Sankt-Peterburq), Harri Keyn (“Bavariya”), Lautaro Martinez (“İnter”), Lionel Messi (“İnter Mayami”), Joao Pedro (“Çelsi”), Mateo Retegi (“Əl-Kadisiya”), Kriştiano Ronaldo (“Əl-Nəsr”).

İdman.Biz