FIFA-nın 2025-ci ilin ən yaxşı məşqçisi adına namizəd yeddi nəfər namizəddir

Xəbərlər
6 Noyabr 2025 23:41
22
FIFA-nın 2025-ci ilin ən yaxşı məşqçisi adına namizəd yeddi nəfər namizəddir

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) rəsmi saytında 2025-ci ilin məşqçisi mükafatına yeddi namizədin siyahısını dərc edib.

İdman.Biz bildirir ki, 2024-cü ildə “İlin məşqçisi” mükafatını o vaxtlar “Real Madrid”in çalışdırıcısı olan italiyalı Karlo Ançelotti qazanıb.

2025-ci ilin məşqçisi mükafatına namizədlər bunlardır:

Mikel Arteta – “Arsenal”
Luis Enrike - PSJ
Hans-Diter Flik – “Barselona”
Entso Mareska – “Çelsi”
Roberto Martinez – Portuqaliya millisi
Arne Slot – “Liverpul”
Xavyer Agirre – Meksika millisi.

Müxtəlif kateqoriyalar üzrə qaliblər FIFA üzv ölkələrinin milli komandalarının baş məşqçiləri və kapitanları, eləcə də media nümayəndələrinin səsverməsi ilə müəyyən edilir.

İdman.Biz