Dioqo Jota “Tuttosport”un versiyasına görə ilin futbolçusu olub

Xəbərlər
4 Noyabr 2025 22:04
38
Dioqo Jota “Tuttosport”un versiyasına görə ilin futbolçusu olub

İtaliyanın “Tuttosport” idman qəzeti mərhum portuqaliyalı hücumçu Dioqo Jotanı 2025-ci ilin ən yaxşı futbolçusu elan edib.

İdman.Biz bildirir ki, Dioqo Jota 2025-ci il iyulun 3-də İspaniyanın şimal-qərbində baş verən avtomobil qəzasında 28 yaşında həlak olub.

“Mükafatı Dioqo Jotaya vermək qərarına gəldik. Bu seçim portuqaliyalı futbolçunun bütün futbol dünyası üçün nümunə olduğunu vurğulayır”, - “Tuttosport”un açıqlamasında bildirilir.

Qəza zamanı Jotanın idarə etdiyi avtomobil təkər partladıqdan sonra idarəetməni itirib, sonra xəndəyə çırpılıb və alovlanıb. Hücumçunun qardaşı, Portuqaliyanın ikinci divizionunda peşəkar futbolçu olan Andre də qəzada həlak olub.

İdman.Biz