Vensan Kompani PSJ ilə oyun barədə: “İlk növbədə özümüzə inanmalıyıq”

Xəbərlər
4 Noyabr 2025 20:40
29
Vensan Kompani PSJ ilə oyun barədə: “İlk növbədə özümüzə inanmalıyıq”

“Bavariya”nın baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının 4-cü turunda “Pari Sen-Jermen”lə qarşılaşma ilə bağlı gözləntilərini bölüşüb.

İdman.Biz bildirir ki, oyun bu gecəyarısı start götürəcək.

“Düşünürəm ki, ilk növbədə özümüzə inanmalıyıq, sonra isə mükəmməl oyun sərgiləməliyik - bu, standart cavabdır. “Pari Sen-Jermen” ötən mövsüm Çempionlar Liqasını qazanıb və bu mövsüm favoritdir. Amma yenə də özümüzə inanmalıyıq. Bu oyunda kim qalib gəlsə, ümumi cədvəlin ilk səkkizliyində yer almaq üçün böyük bir addım atacaq”, - Kompani bildirib.

Növbəti turda Luis Enrikenin komandası “Tottenhem Hotspur” (26 noyabr), Vensan Kompaninin klubu isə “"Arsenal” (26 noyabr) ilə qarşılaşacaq.

İdman.Biz