“Roma”nın keçmiş baş məşqçisi Daniele De Rossi “Cenoa”nın çalışdırıcısı vəzifəsinə namizəd kimi nəzərdən keçirilir.
Bu barədə İdman.Biz “Sky Sport Italia”ya istinadən məlumat verir.
“Cenoa” klubu Patrik Vieyranın vəzifəsindən kənarlaşdırılmasından sonra yeni məşqçi axtarışındadır. Mənbənin məlumatına görə, De Rossi ilə danışıqlar müsbət gedir və onun cari mövsümün sonuna qədər müqavilə imzalaması gözlənilir.
Fransalı Vieyra 2024-cü ilin noyabr ayından “Cenoa”nın baş məşqçisi olub. Cari Seriya A mövsümünün doqquz oyunundan sonra “Cenoa” üç xala malikdir və hazırda 20-ci yerdədir.
De Rossi 2024-cü ildə “Roma”nın baş məşqçisi olub.
        
                        
                        
                        
                        
                        
                        
                        
                    
                    
                    
                    