FİFPro 2025-ci ilin simvolik komandasını açıqlayıb

Xəbərlər
3 Noyabr 2025 20:29
41
FİFPro 2025-ci ilin simvolik komandasını açıqlayıb

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) rəsmi saytında 2025-ci ilin komandasını açıqlayıb.

İdman.Biz bildirir ki, komanda 20.000-dən çox futbolçu tərəfindən səsvermə yolu ilə seçilib.

Qapıçı: Canluici Donnarumma (PSJ, “Mançester Siti”, İtaliya).

Müdafiəçilər: Vircil van Deyk (“Liverpul”, Hollandiya), Əşrəf Hakimi (PSJ, Mərakeş), Nunu Mendeş (PSJ, Portuqaliya).

Yarımmüdafiəçilər: Cud Bellingem (“Real Madrid”, İngiltərə), Koul Palmer (“Çelsi”, İngiltərə), Pedri (“Barselona”, İspaniya), Vitinha (PSJ, Portuqaliya).

Hücumçular: Usman Dembele (PSJ, Fransa), Kilian Mbappe (“Real Madrid”, Fransa), Lamin Yamal (“Barselona”, İspaniya).

Keçən ildən bəri futbolçular həmkarlar ittifaqı ilin komandasını müstəqil olaraq seçir. Əvvəllər bu, FIFA ilə birlikdə “Ən Yaxşı” mükafatları çərçivəsində edilirdi.

İdman.Biz