İngiltərə Premyer Liqası 16-cı turuna yekun vurulub.
İdman.biz xəbər verir ki, “Mançester Siti” və “Tottenhem” uğursuz oyunlar seriyasına son qoyub.
Son 4 oyunda 3 heç-heçə edib, bir dəfə uduzan çempion səfərdə “Luton”a qalib gəlib. Birinci hissəni məğlub tamamlayan “şəhərlilər” fasilədən sonra iki dəfə fərqləniblər.
“Tottenhem” isə son 5 qarşılaşmanın dördündə uduzmuşdu. “Nyukasl”ı 4:1 hesabı ilə məğlub edən London klubu lider “Liverpul”dan 7 xal geri qalır.
“Çelsi”nin uğursuz çıxışı davam edir. “Zadəganlar” səfərdə “Everton”a uduzublar.
İngiltərə Premyer Liqası
16-cı tur
Everton – Çelsi – 2:0
Fulhem – Vest Hem – 5:0
Luton – Mançester Siti – 1:2
Tottenhem – Nyukasl – 4:1
İdman.biz